“EL METAL PLUS” Qapalı Səhmdar Cəmiyyət polad istehsalı zavodu “EL Holdinq” şirkətlər qrupuna daxildir.
“EL METAL PLUS” QSC polad istehsalı zavodu 2016-ci ildən fəaliyyət göstərir. Zavodda metal qırıntılarından polad istehsal edilərək yarımfabrikatlar (pəstahlar) və tikinti armaturu istehsal olunur.
“EL METAL PLUS” QSC polad istehsalı zavodu polad əritmə sexi, çeşidli yayma armatur sexi, mexaniki təmir sexi, metal qırıntılarının emalı sahəsi və müasir yarımstansiya sahələrindən ibarətdir. Zavodun istehsal gücü ayda 7000-10000 ton, illik 84000–120000 ton təşkil edir.
Fəaliyyəti dövründə istehsal proseslərinin və məhsul keyfiyyətinin yüksəldilməsi məqsədilə müasir texnika və avadanlıqların tətbiqi şirkətin əsas prioritetlərindən olmuşdur.
“EL METAL PLUS” QSC Türkiyə, Gürcüstan, Ukrayna, İtaliya, Rusiya, Latviya, Litva, Estoniya və bir sıra Avropa ölkələrindən olan şirkətlərlə sıx əməkdaşlıq edir. Bir sıra aparıcı yerli şirkətlər zavodun daimi müştərilərindəndir.